SON XƏBƏRLƏR
Türk iş adamı Hollandiyada küçənin ortasında güllələndi – təfərrüat

Yazının dərc olunma Tarixi: 12/2/2019

Hollandiyanın Şimali Brabant bölgəsində yerləşən Oss şəhərində yaşayan 43 yaşındakı türk iş adamı Hakan Zatsan evinin qarşısında güllələnərək öldürülüb.
Türk iş adamı Hollandiyada küçənin ortasında güllələndi – təfərrüat
Avropa.info xəbər verir ki, yerli vaxtla saat 07:45 radələrində Hakan Zatsan evinin qarşısındakı avtoparkda olduğu zaman yanına gələn silahlı bir şəxs tərəfindən vurulub.

Hadisə yerində aparılan ilkin araşdırma zamanı Zatsanın 4 güllə yarasından həyatını itirdiyi məlum olub.

Oss polisi hadisənin baş verdiyi bölgəyə giriş-çıxışı bağlayıb.

Polis şahidlərin və qonşuların ifadəsini alıb.Qonşuları, evli və 2 uşaq atası olan Hakan Zatsanın xeyriyyəçi bir insan olduğunu, ölüm xəbərindən çox kədərləndiklərini bildiriblər.

Hollandiya mətbuatı Hakan Zatsanın qatilinin onun keçmiş iş ortağı olduğunu yazıb. Hollandiyalı olan şübhəlinin Molenveqdəki evində polis tərəfindən əməliyyat həyata keçirildiyi və şübhəlinin in tihara cəhd etdiyi bildirilir. Yerli mətbuat şübhəlinin, yaralı olaraq Nijmeqendəki xəstəxanaya qaldırıldığını və sağlamlıq vəziyyətinin kritik olduğunu yazıb.



Fikrini bildir
TƏQVİM
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28