SON XƏBƏRLƏR
Sumqayıtda itkin düşmüş gəncin meyiti aşkarlandı

Yazının dərc olunma Tarixi: 14/3/2019

Sumqayıtda gənc oğlan intihar edib.
Sumqayıtda itkin düşmüş gəncin meyiti aşkarlandı
"Report"un məlumatına görə, 1992-ci il təvəllüdlü Vəliyev Siyavuş Abdul oğlu özünü dənizə ataraq intihar edib.

Hadisə yerinə hüquq-mühafizə oprqanlarının əməkdaşları cəlb olunub və əraziyə baxış keçirilib.

Onun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***
12:35

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə dənizdə (Sumqayıt şəhəri) batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Vəlişov Səyavuş Abdul oğlunun axtarışlarının aparılması üçün müraciət daxil olub.

Nazirlikdən verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.



Fikrini bildir