SON XƏBƏRLƏR
Bakıda mağazadan 3 min manatlıq ərzaq və siqaret oğurlandı

Yazının dərc olunma Tarixi: 14/3/2019

Bakıda mağazadan 3 min manatlıq oğurluq olub.
Bakıda mağazadan 3 min manatlıq ərzaq və siqaret oğurlandı
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşları tərəfindən martın 11-nə keçən gecə Maştağa qəsəbəsi ərazisindəki mağazaların birindən 3000 manat dəyərində ərzaq məhsulları və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş R.Ağacanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.



Fikrini bildir