SON XƏBƏRLƏR
Xızıda 110 ədəd toyuq müsadirə edilib – xəstəlik səbəbindən

Yazının dərc olunma Tarixi: 20/3/2019

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.
Xızıda 110 ədəd toyuq müsadirə edilib – xəstəlik səbəbindən
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, növbəti belə tədbir martın 18-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Xızı rayonu ərazisində keçirilib.

Sitalçay kəndi ərazisində S.Səlimova məxsus “VAZ-21043” markalı avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan və qida üçün yararlığı şübhə doğuran 110 ədəd diri toyuq aşkar edilərək götürülmüş və yoxlanılması üçün Quba regional laboratoriyasına təhvil verilib.



Fikrini bildir