SON XƏBƏRLƏR
Bulvarda intihara cəhd edən 14 yaşlı qızdır

Yazının dərc olunma Tarixi: 14/4/2019

Bu gün günorta saatlarında Dənizkənarı Milli Parkda özünü dənizə ataraq intihara cəhd edən 14 yaşlı qızdır.
Bulvarda intihara cəhd edən 14 yaşlı qızdır
Faktı virtualaz.org-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib.

P.Abubəkirov deyib ki, təcili yardım xidmətinə saat 14:56 da müraciət daxil olub. Cəmi beş dəqiqəyə həkim briqadası hadisə yerində olub. Uşaq boğulma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

***
17:54

Bakı bulvarında intihar hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə saat 15 radələrində qeydə alınıb.

Belə ki, naməlum şəxs Bakı Bulvarında özünü Xəzər dənizinə ataraq intihar edib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.

Hazırda intihar edən şəxsin kimliyi araşdırılır.



Fikrini bildir