SON XƏBƏRLƏR
48 yaşlı Saatlı sakini intihara cəhd edib

Yazının dərc olunma Tarixi: 15/4/2019

Saatlı rayonunda intihara cəhd hadisəsi baş verib.
48 yaşlı Saatlı sakini intihara cəhd edib
“Report”un məlumatına görə, rayonun Mollavaizli kəndində 1971-ci il təvəllüdlü yerli sakin Ələkbərov Pərviz Hərcavan oğlu yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidə özünü asıb.

Vaxtında bundan xəbər tutan yaxınları ipi boğazından açaraq, onu xilas ediblər. Sonra P.Ələkbərov Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən zərərçəkmişin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.



Fikrini bildir