SON XƏBƏRLƏR
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

Yazının dərc olunma Tarixi: 17/4/2019

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 16-da törədilən 25 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətinaçılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.



Fikrini bildir