SON XƏBƏRLƏR
Avstriyada ermənilər azərbaycanlılara hücum etdi

Yazının dərc olunma Tarixi: 17/4/2019

Avstriyanın Litsen şəhərində azərbaycanlı gənclərə hücum olub, 22 yaşlı Mirzəyev Daşqın və 20 yaşlı Aydıni Qoşqar adlı azərbaycanlılar xəsarət alıblar.
Avstriyada ermənilər azərbaycanlılara hücum etdi
“Report”un məlumatına görə, aprelin 13-ü axşam saatlarında şəhərin mərkəzindəki kafelərin birindən çıxan azərbaycanlı gənclər park etdikləri yerdən avtombillərini çıxaran zaman maneə ilə üzləşiblər.

Belə ki, bu zaman başqa bir avtomobil həmin yerə yaxınlaşıb. Azərbaycanlı gənclər yerlərindən çıxmaq üçün yaxınlaşan avtombildən imkan verməsini istəyiblər. Anlaşılmazlıq nəticəsində mübahisə yaranıb. Qarşı avtomobildən düşən 4 nəfər onların azərbaycanlı olduğunu bilib, etnik zəmində təhqir yağdıraraq Qarabağ erməniləri olduqlarını gizlətməyiblər. Nəticədə, əlbəyaxa dava düşüb, qeyri-bərabər güc qarşısında azərbaycanlı gənclər yüngül xəsarət alıblar. Ermənilər hadisə yerindən qaçıblar.



Fikrini bildir