SON XƏBƏRLƏR
Bakıda sərnişin avtobus sürücüsünü təpiklədi

Yazının dərc olunma Tarixi: 14/5/2019

Bakıda sərnişin avtobusunda xoşagəlməz hal yaşanıb.

Oxu.Az-ın məlumatına görə, hadisə 91 saylı müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusda qeydə alınıb.

Dayanacaqdan kənar avtobusun saxlanılmasını tələb edən sərnişin onun istəyini yerinə yetirməyən sürücüyə hücum edib.

Hadisə zamanı sərnişin sürücüyə bir neçə təpik zərbəsi endirib və onu təhqir edib.

İnsidentin görüntüləri avtobusda yerləşdirilmiş təhlükəsizlik kamerasına düşüb.Bakıda sərnişin avtobus sürücüsünü təpiklədi



Fikrini bildir