SON XƏBƏRLƏR
Bakıda 46 yaşlı qadın bıçaqlandı

Yazının dərc olunma Tarixi: 15/5/2019

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 46 yaşlı qadın bıçaqlanıb. Hadisə mayın 14-dən 15-nə keçən gecə baş verib.
Bakıda 46 yaşlı qadın bıçaqlandı
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org saytının sorğusuna cavab olaraq bildirib ki, yaralı təcili yardımla 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Ona sol budunun kəsilmiş deşilmiş yarası diqnozu qoyulub, hazırda vəziyyəti orta ağırdır.

Qeyd edək ki, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.



Fikrini bildir