SON XƏBƏRLƏR
Bakıda daş karxanasında ölüm hadisəsi baş verib

Yazının dərc olunma Tarixi: 15/5/2019

Paytaxtın Qaradağ rayonununda yerləşən karxanaların birində ölüm hadisəsi baş verib.
Bakıda daş karxanasında ölüm hadisəsi baş verib
ONA-nın məlumatına görə, hadisə mayın 14-də Güzdək qəsəbəsində yerləşən daş karxanasında qeydə alınıb. “Shacman” markalı yük avtomobilinin sürücüsü, Gədəbəy rayon sakini, 1986-cı il təvəllüdlü İsgəndərov Seymur Arzu oğlu avtomobilin arxa yük yerinin qapısı arasında qalıb. Belə ki, yük yerinin qapısının açıq dayanması üçün arasına qoyulmuş dəmir parçası sürüşüb düşüb. Yük yerinin qapısı bağlanan zaman S.İgəndərov baş nayihəsindən xəsarət alaraq yerindəcə keçinib.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.



Fikrini bildir