SON XƏBƏRLƏR
Salyanda “KamAZ “aşıb, iki nəfər xəsarət alıb

Yazının dərc olunma Tarixi: 18/5/2019

Bu gün gecə saat 2 radələrində Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Kürsəngi kəndindən keçən hissəsində yük maşını aşıb.
Salyanda “KamAZ “aşıb, iki nəfər xəsarət alıb
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Abşeron rayonunun Xırdalan qəsəbə sakini, 43 yaşlı Binnət Mirəli oğlu Əliyevin idarə etdiyi “KamAZ” markalı yük maşınının idarəetməni itirərək aşması nəticəsində sürücü özü və kabinədə olan həmyerlisi - 32 yaşlı Ramil Rəhim oğlu Verdiyev müxtəlif dərəcəli xəsarətlər aldıqlarından Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hadisənin sürücünün sükan arxasında yuxulaması ucbatından baş verdiyi deyilir. Faktla bağlı araşdırma aparılır.



Fikrini bildir