SON XƏBƏRLƏR
Bakıda maşın reklam lövhəsinə çırpılaraq yanıb, ölən və yaralanan var

Yazının dərc olunma Tarixi: 12/6/2019

Bu gün gecə saatlarında "Bibiheybət" yolunda yüksək sürətlə hərəkətdə olan minik maşını reklam lövhəsinə çırpılaraq, yanmağa başlayıb. Bu barədə “Report”a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov məlumat verib.
Bakıda maşın reklam lövhəsinə çırpılaraq yanıb, ölən və yaralanan var
"Hadisə barədə məlumat "təcili yardım"a saat 3:37-də daxil olub.

Avtomobildə olan sərnişin Kamran İsgəndərov (28 yaş) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə çatdırılıb. Vəziyyəti ağır kimi qiymətləndirilir", - deyə o bildirib.

P.Əbubəkirov qeyd edib ki, sükan arxasında olan şəxs isə dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları qəzanın başvermə səbəblərini araşdırır.



Fikrini bildir