SON XƏBƏRLƏR
Salyanda 26 yaşlı gənc bıçaqlandı

Yazının dərc olunma Tarixi: 14/6/2019

Bu gün günorta saatlarında Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib. Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, 1993-cü ildə anadan olmuş Elvin İlqar oğlu Abdullayev daxilə nüfuz etməyən bıçaq xəsarəti ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilib.
Salyanda 26 yaşlı gənc bıçaqlandı
Atasının dediyinə görə, onu iş yerinin qarşısında tanımadığı şəxs bıçaqlayıb.

Elvin Abdullayevə tibbi yardım göstərildikdən sonra vəziyyəti qənatbəxş olduğu üçün öz istəyi ilə ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.



Fikrini bildir