SON XƏBƏRLƏR
Lənkəranda çaydan meyit tapılıb

Yazının dərc olunma Tarixi: 17/6/2019

Lənkəran rayonunda çaydan meyit tapılıb.
Lənkəranda çaydan meyit tapılıb
Bu barədə musavat.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərinin Sütəmurdov kəndində 1 nəfərin meyitinin (şəxsiyyəti dəqiqləşdirilir) Lənkəran çayından çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri meyiti sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.



Fikrini bildir