SON XƏBƏRLƏR
Babək prospektində maşın aşdı

Yazının dərc olunma Tarixi: 19/6/2019

Bakıda səhər saatlarında yol-nəqliyyat hadisəsi qeydə alınıb. Virtualaz.org bildirir ki, qəza Babək prospektindən üzü şəhər istiqamətində baş verib.
Babək prospektində maşın aşdı
Bakı Nəqliyyat Agentliyi mətbuat xidmətinin məlumatına görə, hadisə səbəbindən qeyd edilən hissədə nəqliyyat vasitələrinin hərəkərində sıxlıq müşahidə edilib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Artıq hadisə zamanı xəsarət alanlardan birinin kimliyi dəqiqləşib. Bu, 1947-ci il təvəllüdlü Əliyev İsaxan Məhəd oğludur.

Məlumata görə, İ.Əliyev ərazidən keçən piyada olub. Sürücü də yaralıdır, ancaq onun kimliyi hələlik dəqiqləşdirilməyib.



Fikrini bildir