SON XƏBƏRLƏR
Qazaxda qəza nəticəsində 1 nəfər xəsarət alıb

Yazının dərc olunma Tarixi: 14/7/2019

Qazax şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Qazaxda qəza nəticəsində 1 nəfər xəsarət alıb
"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhər avtovağzalı önündə baş verən hadisə zamanı 52 yaşlı Ramazan Məmmədəliyev müxtəlif bədən xəsarətləri alıb.

O, Qazax Rayon Diaqnostika Mərkəzinə aparılıb. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.



Fikrini bildir