SON XƏBƏRLƏR
Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Yazının dərc olunma Tarixi: 21/7/2019

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib. "Report" xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.
Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
İki minik avtomobilinin toqquşması nəticəsində nəqliyyat vasitələrindən birinin sürücüsü Talıbov Eldəniz Əmənulla oğlu xəsarət alıb. E.Talıbov təcili yardım maşını ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin kəskin əziyi və diz nahiyəsinin əzilmiş diaqnozu qoyulub.

Hadisə ilə bağlı araşdırma aparılır.



Fikrini bildir