SON XƏBƏRLƏR
Gəlin öz toyunda öldü

Yazının dərc olunma Tarixi: 19/9/2019

Braziliyanın San-Paulo şəhərində toy yasa dönüb.

30 yaşlı hamilə qadın Cessika Qedez öz toy günündə vəfat edib.
Gəlin öz toyunda öldü
Məlumata görə, təhlükəli hamiləlik keçirən və toy karvanı ilə mərasimin keçiriləcəyi məkana gedən qadının halı yolda pisləşib. Gəlin-bəy avtomobilinin sürücüsü mərasim yeri əvəzinə maşını dərhal xəstəxanaya sürüb. Qadının vəziyyətinin kritik olduğunu görən həkimlər qeysəriyyə əməliyyatı ilə uşağı götürüblər. Körpənin həyatı xilas olsa da ana əməliyyatdan sağ çıxmayıb. Xəstəxanadan verilən məlumata görə, vəfat edən qadının urəyində ciddi qüsur olub. (Redaktor.az)



Fikrini bildir