SON XƏBƏRLƏR
Şəkidə yaşlı kişinin meyiti hamamdan tapıldı

Yazının dərc olunma Tarixi: 28/10/2019

Şəkidə 68 yaşlı kişinin hamam otağında meyiti tapılıb.

Şəkidə yaşlı kişinin meyiti hamamdan tapıldı Hadisə M.F.Axundov küçəsi, 143 saylı evdə qeydə alınıb.

Rayon sakini İntizar Ələkbərova həyat yoldaşı Ələkbərov Rasim Məmmədəli oğlunun meyitini yaşadığı evin hamam otağında aşkar edib. Meyit xarici və daxili müayinə olunub. Onun üzərində xəsarət, zorakılıq əlamətləri aşkar edilməyib.

İlkin araşdırma zamanı məlum olub ki, R.Ələkbərov hamam otağında qəfil infakt keçirib.Faktla bağlı araşdırma aparılır.



Fikrini bildir