SON XƏBƏRLƏR
FHN Xəzərdə qayıqda baş verən partlayışla bağlı məlumat yayıb

Yazının dərc olunma Tarixi: 29/10/2019

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata görə, Bakı şəhərinin Pirallahı rayonunda, dənizdə seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

FHN Xəzərdə qayıqda baş verən partlayışla bağlı məlumat yayıb APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerində Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən müvafiq işlər aparılır.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, oktyabrın 29-da saat 13:30 radələrində Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında partlayış baş verib.

Nəticədə SOCAR-ın əməkdaşlarından Məmmədov Habil Gülməmməd oğlu həlak olub, Vəliyev Azər Vaqif oğlu, Paşayev Bəhruz Rafiq oğlu və müqavilə əsasında xidmət göstərən qayıqçı Xəlilov Böyükağa Məmmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, təcili yardım maşını ilə 5 saylı şəhər xəstəxanasına çatdırılıblar.



Fikrini bildir