SON XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: "Oqtay Gülalıyev əməliyyat olundu"

Yazının dərc olunma Tarixi: 30/10/2019

Oqtay Gülalıyevin əməliyyatı bitib.

Səhiyyə Nazirliyi: "Oqtay Gülalıyev əməliyyat olundu" Bununla bağlı Səhiyyə Nazirliyinə “City Hospital”dan məlumat verilib.

Bildirilib ki, o, hələlik əməliyyat blokundadır. Reanimasiya şöbəsinə yerləşdiriləcək.

***
13:42

Hüquq müdafiəçisi Oqtay Gülalıyev hazırda əməliyyat olunur.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib.

Onun sözlərinə görə, ailə üzvləri əməliyyatın keçirilməsinə razılıq verməyib. Səhiyyə Nazirliyi City Hospitala Respublika Neyrocərrahiyyə Xəstəxanasının mütəxəssislərini göndərib. Onlar Oqtay Gülalıyevin ailə üzvləri ilə söhbətlər aparıb, onlara təxirəsalınmaz əməliyyatın keçirilməsinin vacibliyini izah ediblər.

Hazırda ailənin razılığı alınıb və əməliyyat başlayıb. Əməliyyatın gedişatı barədə məlumat veriləcək.



Fikrini bildir