SON XƏBƏRLƏR
Zaqatalada restoran 8 ay ərzində ikinci dəfə yanıb

Yazının dərc olunma Tarixi: 10/11/2019

Zaqatalada yanğın hadisəsi baş verib. ”Report”un Şimal-qərb bürosunun məlumatına görə, yanğın bugün səhər saatlarında şəhərin “Köhnə Avtovağzal” adlanan ərazisində Ayna Əhməd qızı Əliyevaya məxsus “Görüş” restoranında qeydə alınıb.

Zaqatalada restoran 8 ay ərzində ikinci dəfə yanıb Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndurən texnikası və canlı qüvvəsı cəlb olunub.

Yanğın zamanı restoranın bir hissəsi yanıb.

Qeyd edək ki, “Görüş”kafesi bu ilin mart ayında da yanıb.

Faktla bağlı araşdırma aparılır.



Fikrini bildir