SON XƏBƏRLƏR
Müslüm Maqomayevin həyat yoldaşı xəstəxanaya yerləşdirildi

Yazının dərc olunma Tarixi: 12/11/2019

Dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin həyat yoldaşı, opera müğənnisi Tamara Sinyavskaya təcili xəstəxanaya yerləşdirilib.

Müslüm Maqomayevin həyat yoldaşı xəstəxanaya yerləşdirildi Yerli KİV-lər bildirir ki, hazırda 76 yaşlı müğənni kardiocərrahiyyə şöbəsində müayinədən keçirilir. Onun cərrahiyyə əməliyyatına alınıb-alınmayacağı müayinədən sonra bəlli olacaq.

Xatırladaq ki, Tamara Sinyavskaya keçmiş SSRİ-nin və Azərbaycanın Xalq artistidir. Rusiyanın "Şərəf" və IV dərəcəli "Vətənə xidmətlərinə görə" ordenləri ilə təltif olunub.



Fikrini bildir