SON XƏBƏRLƏR
Bakıda bəy öz toyunda içib kefləndi və...

Yazının dərc olunma Tarixi: 2/12/2019

Bakıda 20 yaşlı bəy toy mərasimində ağır xəsarət alıb. "Report" xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.

Bakıda bəy öz toyunda içib kefləndi və... Qaraçuxur qəsəbəsində yerləşən "Yağmur" şadlıq sarayında toy mərasimi keçirilən 1999-cu il təvəllüdlü Məmmədov Taleh Bəxtiyar oğlu sərxoş vəziyyətdə restoranın şüşəsini yumruğu ilə sındırıb. Nəticədə o, sağ əlinə ciddi xəsarət yetirib.

Yaralı təcini yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Muayinə zamanı onun sağ biləyin kəsilmiş-cırılmış yaraları aşkarlanıb.

Fakla bağlı araşdırma aparılır.



Fikrini bildir