SON XƏBƏRLƏR
Gəncədə yanacaqdoldurma məntəqəsində partlayış

Yazının dərc olunma Tarixi: 13/7/2020

Gəncənin Kəpəz rayonu ərazisində yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Gəncədə yanacaqdoldurma məntəqəsində partlayışFövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Gəncə şəhəri, Kəpəz rayonu, Müseyib Bağırov küçəsində yerləşən “LUKOİL” yanacaqdoldurma məntəqəsində yanğınla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində qısa zamanda yanğının yayılmasının qarşısı alınıb, yanğın saat 12:25-də söndürülüb.

Əlavə məlumat veriləcək.



Fikrini bildir