SON XƏBƏRLƏR
Təcili yardımda çalışanlar arasında koronavirusdan ölüm halı daha çox olub

Yazının dərc olunma Tarixi: 8/8/2020

“Koronavirusdan vəfat edən tibb işçilərinin xatirəsi bizim üçün əzizdir”.

Təcili yardımda çalışanlar arasında koronavirusdan ölüm halı daha çox olubBunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O qeyd edib ki, onların içərisində koronavirus xəstəxanalarında çalışan tibb işçilərinin sayı çox az olub: “Daha çox təcili tibbi yardım mərkəzlərində çalışan və çağırışlara gedən həkimlərimiz arasında ölüm halları çox olub. Bizim üçün bütün xəstələr eynidir. Müalicə protokollarında xəstəliyin ağırlıq dərəcəsi əsas götürülür. Sadəcə həkimlər xəstələrlə daha çox təmasda olduğu üçün virus yükü daha çox olur. Həm də müşahidə etmişik ki, həkimlər xəstəliyi daha ağır keçirirlər”.

TƏBİB rəsmisi həkimlərə məzuniyyət verilməməsi barədə iddialara da cavab verib. O bildirib ki, həkimlər üçün mənəvi dəstəyin önəmi daha böyükdür: “Əmək Məcəlləsinə uyğun olaraq həkimlərə də məzuniyyət verilir. Ancaq biz hazırda pandemiya dövründə yaşayırıq. Bu dövrdə məzuniyyətdə olan həkimlər işə cəlb oluna bilər. Lakin tibb müsəssiələrinin rəhbərləri tərəfindən ehtiyac olduqda geri çağırılması nəzərə alınmaqla həkimlər məzuniyyətə göndərilə bilərlər”.



Fikrini bildir