SON XƏBƏRLƏR
Bakıdakı aksiya ilə bağlı polisdən açıqlama

Yazının dərc olunma Tarixi: 9/9/2020

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt ərazisində keçirilən aksiya ilə bağlı açıqlama yayıb.
Bakıdakı aksiya ilə bağlı polisdən açıqlama
BŞBPİ-nin Mətbuat xidmətindən daxil olan məlumatda deyilir: "Sentyabrın 9-da saat 15 radələrində 20-25 nəfər “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Səbail rayonundakı İstiqlaliyyət küçəsində şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan toplaşıb küçə yürüşü keçirməyə cəhd edib.

Ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən qanunsuz küçə yürüşünə cəhdin qarşısı alınıb, iştirakçılar ərazidən uzaqlaşdırılıblar.

Saxlanılan və ya həbs edilən olmayıb".



Fikrini bildir