SON XƏBƏRLƏR
Salyanda qəza: piyada və sürücü xəsarət aldı

Yazının dərc olunma Tarixi: 20/9/2020

Bu gün günorta saatlarında Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən 59-cu km-də xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Salyanda qəza: piyada və sürücü xəsarət aldıMəlumata görə, Salyan şəhər sakini, 28 yaşlı Ümid Mirzəyevin idarə etdiyi BMW markalı minik maşını piyada, 30 yaşlı şəhər sakini Bayram Əliyar oğlu Əliyevi vurduqdan sonra yolun kənarındakı beton dirəyə çırpılıb. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada və sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.



Fikrini bildir