SON XƏBƏRLƏR
Bakıda baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB

Yazının dərc olunma Tarixi: 29/11/2020

Bakıda baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində beşmərtəbəli binanın 3-cü mərtəbəsində (yeni tikilən kommersiya təyinatlı obyekt) yanğın baş verib. İlkin məlumata görə, yanğın təqribən 150 m² sahədə olub.

Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı, əlavə məlumat veriləcək.

***
16:24

Bakıda yeni tikilən obyekt yanır.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilir ki, paytaxtın Nizami rayonu ərazisində yerləşən yeni tikinti obyektində yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.



Fikrini bildir