SON XƏBƏRLƏR
Bakıda ev yandı

Yazının dərc olunma Tarixi: 1/12/2020

Bakıda ev yandı
Bakının Nərimanov rayonunda ev yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nərimanov rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 80 kvadrat metr olan mənzilin dam örtüyünün yanar konstruksiyaları 20 kvadrat metr sahədə yanıb.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



Fikrini bildir