SON XƏBƏRLƏR
Kütləvi zəhərlənmə: 73 uşaq xəstəxanaya yerləşdirilib - FOTO/VİDEO

Yazının dərc olunma Tarixi: 15/1/2021

Kütləvi zəhərlənmə: 73 uşaq xəstəxanaya yerləşdirilib - FOTO/VİDEO
Dağıstanın Buynaksk şəhərində kütləvi zəhərlənmədən sonra həkimlər evlərdə yoxlamalara başlayıblar.

“İnterfaks”ın məlumatına görə, bu barədə regional Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Ümumilikdə 196 nəfər həkimə müraciət edib, onlardan 73-ü uşaqdır. Əksəriyyəti uşaq olmaqla 96 nəfər xəstəxanaya yerləşdirilib”, - deyə qurumdan vurğulanıb.

İlkin məlumatlara görə, kütləvi zəhərlənməyə səbəb keyfiyyətsiz su olub.

Yanvarın 14-də mütəxəssislər Buynaksk şəhərinin su təchizatı şəbəkələrinin yuyulmasına və xlorlanmasına başlayıblar, buna görə şəhərə su təchizatı dayandırılıb.

Kütləvi zəhərlənmə faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 238-ci maddəsi (istehlakçıların həyatı və ya sağlamlığı təhlükəsizliyi tələblərinə cavab verməyən xidmətlər göstərmək) ilə cinayət işi başlanıb.

My Webpage



Fikrini bildir