SON XƏBƏRLƏR
14 nazirlik və 12 büdcə təşkilatının "Azəriqaz"a 32 mln. manat borcu var

"Azəriqaz" İB tərəfindən əhali sektoru üzrə satılan qazın dəyəri tam yığılmaqla aprel ayı ərzində 664 min manat, may ayı ərzində 5257 min manat, iyun ayı ərzində isə 3538 min manat debitor borc yığılıb.
14 nazirlik və 12 büdcə təşkilatının "Azəriqaz"a 32 mln. manat borcu var
"APA-Economics" xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.

Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaların qaldırılması üçün aprel ayı ərzində 550 abonent üzrə 473 min manat, may ayı ərzində 1408 abonent üzrə 1,449 mln. manat, iyun ayları ərzində isə 627 abonent üzrə 354 min manat debitor borc siyahısı hazırlanıb: "399 abonentə məhkəmə iddiası qaldırılıb. Təbii qazdan istifadəyə görə yaranmış borcun ödənişini təmin etməyən 66 624 abonentin qaz təminatı dayandırılıb".

Qeyri-əhali sektoru üzrə satılan qazın dəyəri tam yığılmaqla may ayı ərzində 6,755 mln. manat, iyun ayı ərzində isə 4,091 mln. manat debitor borc yığılıb.

14 nazirlik və 12 digər büdcə təşkilatları üzrə 32,302 mln. manat borcun ödənilməsi üçün həmin təşkilatlara rəsmi müraciət olunub.

Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaların qaldırılması üçün aprel ayı ərzində 155 müəssisə üzrə 12,921 mln. manat, iyun ayı ərzində isə 328 müəssisə üzrə 2,240 mln. manat debitor borc siyahısı təqdim olunub. 96 müəssisəyə məhkəmə iddiası qaldırılıb.

Qeyri-qanuni qazdan istifadəyə görə tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulmasına dair akta əsasən dəymiş ziyanın bərpası üzrə hesabatın verilməsi, qeyri-qanuni istifadə halının və dəymiş ziyanın ödənişinin təmin edilməsi məqsədilə tələbnamələr hazırlanıb. Belə ki, 2017-ci ilin 6 ayı ərzində aşkar edilmiş qeyri-qanuni istifadə hallarının nəticəsində yaranan itirilmiş qaz həcminin bərpası məqsədilə "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən 11486 akt tərtib edilib. Qazdan qeyri-qanuni istifadə hallarının nəticəsində dəymiş 543 508,6 manat (27 175 443 kubmetr) ziyanın ödənişinin təmin edilməsi məqsədilə müvafiq tələbnamələr hazırlanıb və ödənilməsi üçün abonentlərə təqdim olunub.


Fikrini bildir