SON XƏBƏRLƏR
Mart ayının ilk hərracı keçirilib

Yazının dərc olunma Tarixi: 6/3/2018

Azərbaycanda özəl sektorun inkişafı ölkənin iqtisadi inkişafında başlıca faktora çevrilir. İqtisadiyyatda özəl sferanın xüsusi çəkisini artırmağa imkan verən, özəlləşmə prosesinin sürətlənməsini təmin edən hərraclar isə davam etdirilir. Bu hərraclarda iştirak edən hər bir sərmayəçi biznes layihələrinə uyğun olaraq özəlləşdirilməyə çıxarılan müxtəlif çeşidli əmlak üzrə seçim imkanı qazanır. Pravdainfo.org bildirir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti belə bir hərrac 6 mart tarixində keçirilib. Elektron hərracların tətbiqi özəlləşmədə aktivliyi yüksəldərək investor marağını daha da artırıb. Belə ki, budəfəki hərracda rayon sakinlərindən biri onlayn hərraca qoşulmaq imkanından yararlanıb. Vətəndaşın onlayn qoşulduğu hərracda isə rəqabət müşahidə edilib. Başqa sözlə, Gəncə şəhərinin Nizami rayonunda yerləşən qeyri-yaşayış sahəsinin hərracında təkliflər ard-arda səsləndirilib. Belə ki, ümumi faydalı sahəsi 10 kv.m-ə yaxın olan əmlakın ilkin start qiyməti 3 min manat olmasına baxmayaraq 8 min 500 manata sahibini tapıb. Bundan başqa Bakının Suraxanı rayonunda yerləşən qeyri-yaşayış sahəsinin hərracında da eyni tendensiya müşahidə edilib. ilkin start qiyməti 1750 manat olan adı çəkilən əmlak ən son 1920 manata özəlləşdirilib. Həmin əmlakın ümumi faydalı sahəsi isə 18 kv.-ə yaxındır.
Qeyd edilməlidir ki, hərracda 17 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 5-i kiçik dövlət müəssisəsi, 12-si isə qeyri-yaşayış sahəsidir.
Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri regionlarda müvafiq olaraq Gəncə, Yevlax, Şəmkir, Zərdab və Xaçmazda yerləşir. Həmin əmlaklar xidmət sahəsində əlverişli olmaqla sahibinə yaxşı gəlir gətirə bilər. Belə ki, ümumi faydalı sahəsi 226,5 kv.m olan Yevlax şəhərində yerləşən 50 saylı mağaza və Gəncə şəhərində olan 282/45 saylı mağaza ərzaq mallarının pərakəndə satışı üçün olduqca münasibdir. Bundan başqa özəlləşən “Şəmkir yay kinoteatrı” da sahibi üçün xidmət sahəsində gəlirlidir. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 350 kv.m-ə yaxın, torpaq sahəsi isə 450 kv.m-dən çoxdur. Qeyd edilməlidir ki, obyektin torpaq sahəsi ilə birgə özəlləşdirilməsi əmlakın əlverişliliyini daha da artırır.
Qeyri-yaşayış sahəsi üzrə özəlləşən əmlaklardan 9-u Bakının Suraxanı, Binəqədi, Nərimanov, Yasamal və Nəsimi rayonlarında, digərləri isə Gəncə, Göyçay, Ucarda yerləşir. Nəsimi rayonunda yerləşən, ümumi faydalı sahəsi 55 kv.m-ə yaxın olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Nərimanovda yerləşən ümumi faydalı sahəsi 200 kv.m-ə yaxın olan obyekt də xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir.
Mart ayının ilk hərracı keçirilib
Qeyd edilməlidir ki, hərracda müxtəlif iqtisadi sahələrə aid olan səhmdar cəmiyyətləri də özəlləşdirilir. Bununla yanaşı prosesdə müxtəlif markalı nəqliyyat vasitələri sahibini tapır. Özəlləşən nəqliyyat vasitələri Avropa, Asiya, Amerika istehsalı olan avtomobillər üstünlük təşkil edir. Bunlara BMW, Fiat, Chevrolet, Kia, Nissan kimi avtomobillərini qeyd etmək olar. Həmin maşınların buraxılış tarixi isə müxtəlif illəri əhatə edir.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az portalının müvafiq bölməsinə daxil olmaq kifayətdir.
Onlayn qatılmaqla yanaşı hərraclarda elektron qaydada qeydiyyatdan keçmək, iştirakçı statusu qazanmaq üçün sifariş vermək, qeydiyyatdan keçmədən onlayn izləmək imkanları mövcuddur. Bütün prosesləri Komitənin rəsmi səhifəsi olan emdk.gov.az, eləcə də privatization.az saytına daxil olmaqla yerinə yetirmək mümkündür. Bununla da hərrac prosesi tam elektronlaşır.
Qeyd edilməlidir ki, Özəlləşdirmə portalında hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Hərracların elanı, gedişatı və nəticələri barədə komitənin saytı, Özəlləşdirmə portalı, eləcə də facebook sosial şəbəkəsindəki rəsmi səhifə və “Privatization.az” səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir.



Fikrini bildir
TƏQVİM
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31