SON XƏBƏRLƏR
MBNP: “Günay Bank”la bağlı yayılmış məlumatlar əsassızdır

Yazının dərc olunma Tarixi: 18/6/2018

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Günay Bank” ASC-nin İdarə Heyəti sədrinin keçmiş müavini Emil Zeynalovun Bankın 100 mln. manat məbləğində vəsaitini götürərək ölkədən qaçması barədə mətbuatda yayılmış məlumatlara münasibət bildirib.
MBNP: “Günay Bank”la bağlı yayılmış məlumatlar əsassızdır
Qurumun mətbuat katibi Elşən Allahverdiyev “Report”a bildirib ki, bu məlumatlar əsassızdır.

“Palatanın əməkdaşları qrafikə uyğun olaraq 1 aydan çoxdur ki, “Günay Bank”da yoxlamalar aparır və Bankdan kütləvi şəkildə vəsait çıxarılması halı aşkar etməyiblər. “Günay Bank”ın fəaliyyəti, maliyyə göstəriciləri normativlərə, prudensial normalara uyğundur”, - deyə, o, qeyd edib.



Fikrini bildir