SON XƏBƏRLƏR
Ekspert: "Çiyələyin qiymətinin baha olmasının səbəbkarı alverçilərdir"

Yazının dərc olunma Tarixi: 23/6/2018

"Xaçmaz və ya Xudat çiyələyi çox dadlıdır, amma ələ düşməz. Özü xırda olur, çünki bu zonada çiyələyə dərman vurmazlar", "İşbazlara çiyələyi Rusiyaya göndərmək əl verir, bizə satmaq yox. Kimsə gömrükdə malı o yana buraxmasa, onda biz də yaxşı məhsula həsrət qalmarıq" kimi ifadələrə sosial şəbəkə və forumlarda tez-tez rast gəlinir.
Ekspert: "Çiyələyin qiymətinin baha olmasının səbəbkarı alverçilərdir"
Bu il Bakı küçələri və şəhərin ticarət nöqtələrində satılan çiyələk həm keyfiyyətsiz, həm də baha olması ilə diqqət çəkdi. Həcminə görə çiyələk almanı, dadına görə isə turş alçanı xatırladır.

Məsələ ilə bağlı “Report”a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov hazırkı iqtisadi şəraitində məhsulun bazar üçün hazırlandığını bildirib: "Çiyələyin saxlanma müddətinin çox, görkəminin isə yaxşı olmasına üstünlük verilir. Nəticədə çiyələyin sortu tamamilə dəyişdirilir. Qədim sortları bıçaqla kəsilə, uzun müddət saxlanıla bilən çiyələk sortları əvəzləyir. Çiyələyin satış qiymətinin yetişdirildiyi məkanla müqayisədə yüksək olması logistika, yəni məhsulun tarladan bazara çatdırılma sisteminin yaxşı inkişaf etməməsi ilə bağlıdır. Çiyələyin qiymətinin müəyyənləşdirilməsi alverçilərin əlindədir".

Şəhərin küçələrində, yol kənarlarında çiyələyin satışı məsələsinə görə Eyyub Hüseynov müvafiq orqanları qınayıb: "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və gigiyenaya nəzarət orqanları yarıtmaz fəaliyyət göstərib. İyulun 1-indən işə başlayacaq Qida Təhlükəsizliyi Agentliyi isə məhsulun tarladan istehlakçının masasına gəlib çıxması sisteminə nəzarəti həyata keçirməlidir".



Fikrini bildir
TƏQVİM
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31