SON XƏBƏRLƏR
Almaniya Xəzərdəki Azərbaycan qazına göz qoydu

Yazının dərc olunma Tarixi: 8/3/2019

Alman şirkəti Vista Holding Group AG-ın Direktorlar Şurasının sədri Karl-Henrix Qasser “Transatlantic journal”a müsahibəsində bildirib ki, onun şirkəti təbii qazın Avropaya idxalına böyük investisiyalar qoymağı planlaşdırır və bu barədə Azərbaycanla danışıqlar aparır.
Almaniya Xəzərdəki Azərbaycan qazına göz qoydu
Virtualaz.org-un məlumatına görə, şirkətin başçısı bildirib ki, Almaniyanın enerji təchizatının diversifikasiyası problemdir, hansı ki, almanların bir çox nəslinə toxunur. K.Q.Qasser deyib ki, Almaniyanın maye qazdan imtinasını səhv adlandırardı.

O vurğulayıb ki, Almaniya üçün təbii qaz rəqabətə davamlı qiymətlər üzrə tapılmalıdır və onun şirkəti indi bu sferada əlverişli layihələrin axtarışı ilə məşğul olur.

Alman şirkətinin investisiyaları haqda nəşrin sualına cavab verərkən, Karl-Henrix Qasser deyib: "Biz bütün Avropa üzrə təbii qaz infrastrukturunun formalaşmasında çox maraqlıyıq. Biz Xəzər dənizində böyük həcmdə qaz ehtiyatlarının olması ehtimal edilən yataqlar üzrə Azərbaycanla danışıqlar aparırıq.

Biz Azərbaycanda Xəzər dənizində, Bakıdan

cənub-şərqdə reallaşdırılan layihədə təmsil olunuruq və həmin layihəyə sərmayə qoyuruq. Bundan sonra bu layihə haqda mən sizə yalnız ilin sonuna danışa biləcəyəm".



Fikrini bildir