SON XƏBƏRLƏR
Kanada şirkəti Azərbaycana investisiyalarını artıracaq

Yazının dərc olunma Tarixi: 14/4/2019

Azərbaycanın "Muradxanlı-Cəfərli-Zərdab" yataqlar blokunun işlənilməsi üzrə operator olan Kanadanın "Zenith Energy" şirkəti Kanadada aksiyaların buraxılışı üzrə TSX-V fond birjasının şərti razılığını alıb.
Kanada şirkəti Azərbaycana investisiyalarını artıracaq
Bu barədə Trend şirkətin məlumatına istinadən xəbər yayıb.

"Zenith Energy" təsdiq edib ki, sadə aksiyalar 2019-cu il aprelin 5-də lazımi sənədlər verildikdən sonra buraxılıb.

Şirkətin məlumatına əsasən, "Zenith Energy" TSX-V-dən yekun təsdiqi gözləyir.

Bildirildiyi kimi, "Zenith Energy" bu vəsaitləri Azərbaycanda qazma işlərinə yatırmaq üçün cəlb edir.

Qeyd edək ki, SOCAR və Kanada şirkəti arasında "Muradxanlı", "Cəfərli" və "Zərdab" neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 2016-cı il martın 16-da imzalanıb.



Fikrini bildir