SON XƏBƏRLƏR
Azərbaycan firması Türkiyənin "Yorsan" şirkətini alır

Yazının dərc olunma Tarixi: 9/7/2019

Yarım əsrdir Türkiyənin süd və süd məhsulları istehsalçısı olan “Yörsan” şirkəti Azərbaycan firması ilə apardığı satış danışıqlarında vacib mərhələnin qət olunduğunu açıqlayıb.
Azərbaycan firması Türkiyənin "Yorsan" şirkətini alır
Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Yörsan” Qida Məhsulları A.Ş-nin sahibi 4 il əvvəl dəyişmişdi. Maliyyə çətinliyi çəkən şirkətin yeni sahibi “Abraaj qrupu” bu ilin əvvəli məhkəməyə müraciət edərək, borcların restrukturizasiyasını tələb edib. Məhkəmə yanvar ayında “Yörsan” şirkətinə 1 illik möhlət vermişdi. Verilən qərarla rahat nəfəs alan “Yörsan”ın hüquqi prosesi davam edərkən, satış prosesi də sürətlənib.

Məlumata görə, “Yörsan”ı satın alacaq Azərbaycan firması şirkətin borclu olduğu bank, firma və süd kooperativləri ilə danışıqlar aparıb.

“Azərbaycan firmasının nümayəndələri borclu olduğumuz kooperativlərə təklif apardılar. Təklif alınmalı olan məbləğin 65%-nin ödənilərək borcu ləğv edilməsi ilə bağlı idi. Ancaq bu təklif qəbul olunmadı. Daha sonra bu məbləğin 85%-dək qaldırıldığını öyrəndik” – may ayında Balıkesirdə keçirilən iclasda çıxış edən vəkil belə deyib.

Şirkətin restrukturizasiya komissarlarından biri satış prosesinə əhəmiyyət verdiklərini bildirib:

“Satış prosesinin müsbət nəticələnməsi şirkət üçün də, tədarükçülər üçün də çox vacibdir. Bizlər də prosesin normal şəkildə başa çatması üçün diqqətlə yanaşırıq”.

Şirkətə yaxın yüksəkvəzifəli şəxs satış prosesinin müsbət irəlilədiyini, azərbaycanlı firma ilə yanaşı, Türkiyədə də ortaqlarının olduğunu bildirib.

Eyni mənbə alıcı firmanın Azərbaycanın ən böyük süd və süd məhsulları firması olduğunu qeyd edib.



Fikrini bildir