SON XƏBƏRLƏR
Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ölkəyə nə verəcək?

Yazının dərc olunma Tarixi: 23/9/2020

Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ölkəyə nə verəcək?
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılması barədə fərman imzalayıb. Dövlət başçısının imzaladığı digər fərmanla isə nazirliyin səlahiyyətləri artırılıb. Energetika nazirinin müşaviri və mətbuat katibi Zəminə Əliyeva son fərmanların əhəmiyyətini belə şərh edib.

Onun sözlərinə görə, Azərbaycanda "təmiz enerji"nin istehsal olunması həmişə prioritet olub: “Ölkəmizdə elektrik enerjisinə artan tələbatın ekoloji cəhətdən təmiz mənbələr hesabına ödənilməsi, eləcə də bərpa olunan enerjidən istifadənin genişləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyilə energetika sektorunda aparılan islahatların əsas prioritetlərindən biridir. Yeni agentliyin yaradılması da bu prosesə dəstək məqsədi daşıyır. Bərpa olunan enerji mənbələrindən səmərəli istifadəni əsas götürməklə bu sahənin inkişafında müasir tələblərə uyğun və çevik fəaliyyətin təmin edilməsi yeni qurumun əsas vəzifəsidir. Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin fəaliyyəti 2030-cu ilə qədər elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması, atmosferə atılan tullantıların azaldılması ilə bağlı beynəlxalq öhdəliklərimizin yerinə yetirilməsi ilə bağlı nazirliyin həyata keçirdiyi kompleks tədbirlərin sürətləndirilməsinə töhfə verəcək”.

Z.Əliyeva yeni yaradılan Agentliyin fəaliyyət istiqamətlərinə də toxunub: “Bu istiqamətlər Agentliyin fərmanla təsdiq edilmiş Əsasnaməsindən də göründüyü kimi çox şaxəlidir. Məlum olduğu kimi bərpa olunan enerji sahəsinin özəl və xarici investisiya hesabına inkişafı bu sahədə ölkəmizdə ilk dəfə tətbiq edilən yeniliklərdən və əsas hədəflərdəndir. Agentlik də məhz bu sahənin investisiya qoyuluşu üçün cəlbediciliyinin təmin edilməsi, investorlara təqdim edilməsi və elektrik enerjisinin satın alınması müqaviləsi əsasında həyata keçirilən bərpa olunan enerji mənbələri layihələrinin icrası ilə ilə bağlı proseslərə məsul olacaq.

Eyni zamanda, qurum regionlar daxil olmaqla ölkəmizdə bərpa olunan enerji mənbələrinin potensialını, onlardan istifadə üçün əsas istiqamətləri müəyyən edəcək, bərpa olunan enerji üzrə istehsal və istehlakın proqnoz göstəriciləri, bərpa olunan enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi və dəstəklənməsi üçün müvafiq fondlar yaradılması, yeni energetika obyektlərinin layihələrinin həyata keçirilməsi ilə bağlı nazirliyə təkliflər verəcək. Bir sözlə bərpa olunan enerji sahəsi ilə bağlı bütün fəaliyyəti Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi həyata keçirəcək”.



Fikrini bildir
TƏQVİM
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31