SON XƏBƏRLƏR
Prezident yol tikintisinə 12,5 milyon manat ayırdı

Yazının dərc olunma Tarixi: 24/9/2020

Prezident İlham Əliyev sentyabrın 24-də “Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Prezident yol tikintisinə 12,5 milyon manat ayırdıSərəncama əsasən, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 kilometr hissəsində təmir-bərpa işlərinin və “Ağ şəhər” layihəsi çərçivəsində avtomobil yollarının tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, müvafiq olaraq, 8 milyon manat və 4,5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Nazirlər Kabinetinə isə tapşırlıb ki, bu sərəncamdan irəli gələn məsələləri həll etsin.



Fikrini bildir
TƏQVİM
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31