SON XƏBƏRLƏR
Azərbaycanda daha bir fişinq dələduzluğu faktı qeydə alınıb

Yazının dərc olunma Tarixi: 18/11/2020

Azərbaycanda daha bir fişinq dələduzluğu ilə bağlı fakt qeydə alınıb.

“APA-Economics”ə Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən verilən məlumata görə, dələduzlar fişinq hücumu təşkil etmək məqsədilə cert.az internet səhifəsini hədəfə alıb. Fişinq hücumu saxta – onlinebanking.somee.com sayt üzərindən təşkil olunub. Hazırda qeyd olunan sayt Mərkəz tərəfindən “Qara siyahıya” daxil edilib.



Fikrini bildir