SON XƏBƏRLƏR
Avtomobillərin idxalı ilə bağlı yeniliklər GÖZLƏNİLİR

Yazının dərc olunma Tarixi: 10/3/2021

Avtomobillərin idxalı ilə bağlı yeniliklər GÖZLƏNİLİR
Elektrik mühərrikli avtomobillərin Azərbaycana idxalının bütün gömrük rüsumlarından və vergilərdən azad olunması gözlənilir.

Bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatına istinadən bildirir.

Bildirilir ki, məqsəd ekoloji və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsidir.

Həmçinin hibrid avtomobillərin idxalı zamanı da güzəştlərin olması təklif edilir.

Belə ki, hibrid avtomobillər idxal olunarkən onların əlavə dəyər vergisindən azad olunması gözlənilir.

Həmçinin istehsal tarixinə görə yeni nəqliyyat vasitələrinin idxalı zamanı tətbiq edilən vergi və gömrük rüsumlarına yenidən baxılması istiqamətində işlər aparılır.

Hesabatda o da yazılıb ki, elektrik mühərrikli və istehsal tarixinə görə yeni nəqliyyat vasitələrinin dövriyyəsi ilə bağlı alıcılar üçün güzəştli kredit şərtlərinin tətbiqi ilə əlaqədar stimullaşdırıcı tədbirlərin görülməsi istiqamətində müvafiq işlər aparılır.

Qeyd edək ki, “Milli Məclisin Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya qanununa əsasən, Nazirlər Kabineti hər il parlamentin yaz sessiyasının beşinci iclasında özünün fəaliyyəti haqqında hesabat verir.

Bu, bir qayda olaraq mart ayına təsadüf edir.



Fikrini bildir