SON XƏBƏRLƏR
Bu il Azərbaycanda qaz hasilatı 8 % artıb

Yazının dərc olunma Tarixi: 24/8/2021

Bu il Azərbaycanda qaz hasilatı 8 % artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 24,1 milyard kubmetr qaz hasil edilib.
Bu barədə "Pravdainfo" Energetika Nazirliyinin bu ilin yanvar-iyul ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.
Məlumata görə, qazın 7,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 12 milyard kubmetri “Şahdəniz”dən əldə edilib.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə bu dövrdə 4,6 milyard kubmetri qaz hasil olunub.
Ötən ilin müvafiq dövrünə nisbətən 7,8 %, yəni 1,7 milyard kubmetr artımla qaz hasil edilib.



Fikrini bildir