Yanan evdən əlləri bağlı qadın meyiti tapılıb-SAMUXDA

Yazının dərc olunma Tarixi: 19/12/2015

Samuxda dəhşətli cinayət törədilib. Evi qarət edən naməlum şəxslər daha sonra onun sahibini öldürüblər. Hadisənin izlərini itirmək məqsədilə evi yandırmağa cəhd ediblər. PRAVDAİNFO.ORG-un məlumatına görə, Mərkəzi Rayon Xəstəxanası yaxınlığında yerləşən fərdi yaşayış evlərindən birində yanğının başladığını görən qonşular dərhal Samux Dövlət Yanğından Mühafizə Hissəsinə zəng edib. Əraziyə hissənin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Onların səyləri ilə alov söndürmək mümkün olub. Yanğından sonra içəridə ev sahibi 62 yaşlı Lütfiyyə İsmayılovayanın meyiti aşkarlanıb.
İlkin ehtimala görə, naməlum şəxslər əvvəlcə evi qarət edib, sonra isə ev sahibinin əllərini bağlayıb bıçaqla boğazını kəsərək qətlə yetiriblər. Yanğının da həmin şəxslər tərəfindən cinayətin izini itirmək məqsədilə törədildiyi güman edilir.
Qonşuların sözlərinə görə, nəvəsi ilə yaşayan qadın həmin vaxt evdə tək olub. Dərhal hadisə yerinə gələn rayonunun hüquq-mühafizə orqanlarının əməkdaşları ilkin əməliyyat-istintaq işləri aparıb.
62 yaşlı qadının meyiti rayon morquna təhvil verilib. Baş vermiş hadisə ilə Samux rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.



Fikrini bildir