SON XƏBƏRLƏR
Bakıda prokuror kriminal avtoritetə cəza istəyib

Yazının dərc olunma Tarixi: 9/3/2018

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və xuliqanlıqda təqsirləndirilən "Polojeniya Anar" ləqəbli Anar Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Bakıda prokuror kriminal avtoritetə cəza istəyib
"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında onun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası martın 16-na təyin edilib.

İttihama görə, A.Məhərrəmov istintaqa məlum olmayan bir qrup şəxslə Səbail rayonu ərazisində yerləşən "Night Office" gecə klubunda Kamran Hüseynov adlı şəxsin onunla birlikdə olan qıza sataşdığını əsas gətirərək, sonuncunu döyüb. K.Hüseynova yumruq və təpik zərbələri vurub. Beləliklə, K.Hüseynovun müxtəlif dərəcəli bədən xəsarəti almasına səbəb olub.

A.Məhərrəmovun üzrərinə baxış zamanı narkotik vasitə də aşkar edilərək, götürülüb. A.Məhərrəmov kriminal aləmdə "Polojeniya Anar" kimi tanınıb.



Fikrini bildir