SON XƏBƏRLƏR
"Kritı Araz"ın məhkəməsində mübahisə düşüb

Yazının dərc olunma Tarixi: 9/3/2018

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan zaman cinayətkar dəstə yaratmaqda təqsirləndirilən, kriminal aləmdə "Kritı Araz" kimi tanınan Araz Fərəcov və dəstə üzvləri - Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev, Xəyyam Qurbanlının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Kritı Araz"ın məhkəməsində mübahisə düşüb
Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Elxan Əkbərov dindirilib.

O, təqsirləndirilən şəxslərin heç birini tanımadığını, şikayətçi olmadığını deyib: "Mənə qarşı heç bir cinayət törədilməyib. Heç bilmirəm məni niyə zərərçəkmiş kimi tanınmışam".

Hakim qeyd edib ki, zərərçəkmiş istintaqa verdiyi ifadəsində təqsirləndirilən E.Şahbazovla tanış olduğunu deyib.

Zərərçəkmiş E.Əkbərov isə E.Şahbazovun atası ilə dost olduğunu söyləyib.

Bu zaman hakimlə təqsirləndirilən E.Şahbazov arasında mübahisə yaranıb. Daha sonra məhkəmə E.Şahbazovun zaldan çıxarılaraq iclasın onsuz davam etdirilməsi barədə qərar verib.

Məhkəmənin növbəti prosesi martın 13-nə təyin edilib.

İttihama görə, A.Fərəcov Penitensiar xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən 2016-ci ilin dekabr ayında əvvəldən tanıdığı Vüqar Musayev və digərləri ilə mütəşəkkil dəstə təşkil edib. Dəstə üzvləri Bakıda və bölgələrdə yayayış yerlərini talamaq məqsədilə oğurluq və quldurluq hadisələri törədiblər. İttihamda qeyd edilib ki, bütün bunları A.Fərəcov koordinasiya edib.

2017-ci il aprelin 14-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev saxlanılıb.
Mütəşəkkil dəstənin həbsdə olan A.Fərəcov tərəfindən yaradıldığı bildirilir.

A.Fərəcovdan başqa, E.Şahbazov da həbsxanada ola-ola bu cinayətkar dəstənin üzvü olub. O da işləri "içəri"dən koordinasiya edib.

Xatırladaq ki, A.Fərəcov kriminal aləmdə "Kritı Araz" kimi tanınır. Onun mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin tərəfdarlarından olduğu deyilir.



Fikrini bildir
TƏQVİM
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30