SON XƏBƏRLƏR
İki nəfərin qətlində şübhəli bilinən Azərbaycana qayıtdı

Yazının dərc olunma Tarixi: 13/3/2019

Rusiyanın Orenburq şəhərində 10 ay ərzində miqrantlar üçün nəzərdə tutulmuş təcridxanada saxlanıldıqdan sonra Azərbaycan vətəndaşı Müşfiq Quliyev martın 1-də sərbəst buraxılıb.
İki nəfərin qətlində şübhəli bilinən Azərbaycana qayıtdı
Virtualaz.org yerli KİV-lərə istinadən xəbər verir ki. bunu “Orenburq vilayəti Azərbaycanlılarının Milli Konqresi”nin prezidentiİlkin Kərimov deyib və əlavə edib ki, iki nəfərin qətli ilə bağlı ittiham Müşfiq Quliyevin üzərindən götürülüb və o, Azərbaycana qayıdıb.

Cinayət işinə ədalətli baxılması məqsədilə ötən ay Müşfiq Quliyev vəkilinin köməyi ilə Rusiya prezidentinə, İstintaq Komitəsinin sədrinə, Orenburq vilayətinin qubernatoruna və digər dövlət instansiyalarına məktubla müraciət edib.

Mənbə qeyd edir ki, ötən il Müşfiq Quliyev öz ifadəsində qətllərin icraçısı kimi Abdulino kəndinin iki sakinini göstərib. Bundan sonra tutulanların hər üçü polis əməkdaşları tərəfindən döyüldüklərini bildiriblər və onlar təcridxanadan buraxılıblar. Həmin vaxta qədər Müşfiqin Rusiyada qalmaq üçün aldığı icazənin vaxtı bitib və onun deportasiyası barədə qərar qəbul olunub. Lakin cinayət işi ilə bağlı ölkəni tərk etməmək qadağası nəzərə alınaraq Quliyev miqrantlar üçün təcridxanaya salınıb.

Müşfiq Quliyevin baş verənlərlə bağlı Rusiyadan kompensasiya tələb edib-etməyəcəyi hələlik məlum deyil. Rəsmi orqanlar məlumatı şərh etməyiblər.



Fikrini bildir