SON XƏBƏRLƏR
Mingəçevirdə xuliqanlıq edən narkomanlar yaxalanıblar

Yazının dərc olunma Tarixi: 20/3/2019

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, martın 19-da Mingəçevir şəhərinin A.Məmmədov küçəsində xidmət aparan polis əməkdaşları ictimai asayişi pozan 2 nəfəri saxlayaraq Şəhər Polis Şöbəsinə gətiriblər.
Mingəçevirdə xuliqanlıq edən narkomanlar yaxalanıblar
Araşdırmalarla onların Mingəçevir sakini Ə.İsgəndərov və Göyçay rayon sakini R.Kərimov olduqları müəyyən edilib.
Şəxsi axtarış zamanı R.Kərimovdan 20 ədəd tramadol, 6 ədəd lirika və 2 ədəd mamba həbləri aşkar edilərək götürülüb.

Araşdırma aparılır.



Fikrini bildir