SON XƏBƏRLƏR
Bakı-Quba yolunda dava düşdü, 30 yaşlı kişi bıçaqlandı

Yazının dərc olunma Tarixi: 11/4/2019

Bakı-Quba yolunda bıçaqlanma hadisəsi qeydə alınıb. Hadisə Bakı-Quba yolunun 157-ci kilometrliyində baş verib.
Bakı-Quba yolunda dava düşdü, 30 yaşlı kişi bıçaqlandı
Quba rayonunun Qaraçay kənd sakini, 1988-ci il təvəllüdlü Abdullayev İlqar Balaqardaş oğlu 1989-cu il təvəllüdlü Ərzumanov Elnur Sabir oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə nəticəsində E. Ərzumanov İ.Abdullayevi yumruqla vurub. İ.Abdullayev isə üzərində gəzdirdiyi bıçaqla onu qarın nahiyəsindən bıçaqlayıb.

Faktla bağlı Quba rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb və İ.Abdullayev şübhəli şəxs qismində saxlanılıb. (Trend)



Fikrini bildir